
“Barselona” rəsmisi “Atletiko”nu tənqid etdi
“Barselona”nın vitse-prezidenti Rafa Yuste “Atletiko”nun sosial şəbəkə hesabındakı paylaşımlarını tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin son günlər “Barselona”nın mümkün transfer planlarını lağa qoyan paylaşımları geniş müzakirə doğurub.
“Atletiko” zarafatla Kataloniya klubunun aparıcı oyunçuları – Rafinya, Pedri və Lamin Yamalla bağlı “transfer xəbərləri” də yayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafa Yuste, bu davranışı düzgün saymadığını bildirib:
“Atletiko”nun həmin paylaşımları çox pis zövqə malikdir. Biz hesab edirik ki, etik davranış hər şeydən önəmlidir. Biz nümunə olmalıyıq. Bu hadisələr transfer planlarımıza heç bir təsir etməyib. Deku (klubun idman direktoru) öz işini davam etdirir”.
“Barselona” argentinalı hücumçu Xulian Alvares üçün 100 milyon avro təklif etsə də, “Atletiko” danışıqlara başlamaqdan imtina edib.
Bizi Facebook-da izləyin



