Azərbaycan yığması dünya kubokunda 1/4 finala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunda 1/4 finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.

Əlavə vaxta gedən oyunda Azərbaycan komandası Litva millisinə 14:12 hesabı ilə qalib gəlib. Yığmamız sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

Dünya kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub – 13:19.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button