Leao “Milan”dan ayrılmaq istədiyini etiraf etdi

“Milan”ın hücumçusu Rafael Leao karyerasını başqa ölkədə davam etdirmək istədiyini etiraf edib.

Komanda.az “Sport TV”-yə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yaxın gələcəkdə İtaliya klubundan ayrılmağa hazırlaşdığını bildirib. O, yeni klub axtardığını və xüsusilə, iki çempionatı diqqətlə izlədiyini vurğulayıb:

“A Seriyasından kənarda yeni bir çağırış istəyirəm. İngiltərə Premyer Liqasını böyük maraqla izləyirəm. Orada və ya La Liqada (İspaniya) oynamaq şansım olsa, buna çox sevinərəm. Hesab edirəm ki, mənim istedadım həmin çempionatlarda daha parlaq şəkildə üzə çıxar. Görək, yayda nə baş verəcək”.

Portuqaliyalı oyunçu 2019-cu ildən “Milan”ın formasını geyinir. “Qırmızı-qaralar”ın aparıcı simalarından olan futbolçu iyunun 10-da 27 yaşını qeyd edəcək.

Leaonun açıqlaması onun yayda klubunu dəyişə biləcəyi ilə bağlı iddiaları daha da gücləndirib. İngiltərə və İspaniyanın bir sıra aparıcı klublarının futbolçunun durumunu izlədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button