Son oyunda heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Elçe” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Kadis” – “Xetafe” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” səfərdə “Qranada”nı böyük hesabla məğlub edib. “Atletiko” da “Osasuna” ilə səfər oyununda 3 xalı 3 cavabsız qolla qazanıb. Madridin digər təmsilçisi “Real” isə “Alaves”i oxşar hesabla məğlub edib.

Bu tur iki matç xüsusilə diqqət çəkirdi. 6 oyundur qələbə qazana bilməyən “Valensiya” “Mestalya”da La Liqada 8 oyunluq məğlubiyyətsiz seriya yaxalayan “Barselona”nı qəbul edib. Kataloniya təmsilçisi bu oyunda da darmadağına sevinib.

Bask derbisində isə “Atletik” və “Real Sosyedad” münasibətlərinə aydınlıq gətiriblər. Meydan sahibləri 4 cavabsız qolla qalib gəlib.

Turun qapanış matçında “Selta” və “Levante” komandaları üz-üzə gəlib. Komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İspaniya La Liqası, 25-ci tur

18 fevral

Elçe – Rayo Valyekano 2:1
Qol
: Karrilyo, 77. Ponse, 84 – F.Qarsiya, 52.

19 fevral

Qranada – Vilyarreal 1:4
Qol
: Milla, 61-pen – Danjuma, 35-pen; 39; 81-pen. M.Qomes, 90+6.

Osasuna – Atletiko 0:3
Qol
: J.Feliks, 3. L.Suares, 59. Korrea, 89.

Kadis – Xetafe 1:1
Qol
: Neqredo, 45+2 – Mayoral, 6.

Real – Alaves 3:0
Qol
: Asensio, 63. V.Junior, 80. Benzema, 90+1-pen.

20 fevral

Espanyol – Sevilya 1:1
Qol
: Darder, 50 – Mir, 36.

Valensiya – Barselona 1:4
Qol
: Soler, 52 – Obameyanq, 23; 38. Pedri, 63. F.De Yonq, 32.

Betis – Malyorka 2:1
Qol
: Moreno, 25. V.Xose, 83-pen – Muriqi, 75.

Atletik – Real Sosyedad 4:0
Qol
: Vivian, 68. Sanset, 72. Uilyams, 80. Muniain, 89.

21 fevral

Selta – Levante 1:1
Qol
: Çervi, 67 – Marti, 82.

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button