Mahir Emreli “Sevilya” ilə oyun üçün İspaniyaya getdi – video

Azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) “Sevilya” ilə Avropa Liqası oyunu üçün bu gün səhər İspaniyaya yola düşüb.

Komanda.az xəbər verir ki, səfərə gedən futbolçular arasında Emreli də yer alıb.

Mahir sabah keçiriləcək matçda yeni komandasında debüt edə bilər. 24 yaşlı hücumçunun adının “Sevilya” ilə Avropa Liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir. Amma Emreli Xorvatiya komandasına yeni qoşulduğundan, onun sabah əsas heyətdə meydana çıxmaq ehtimalı azdır. Baş məşqçi Jelko Kopiçin Emrelini meydana sonradan daxil edəcəyi ehtimal olunur.

“Sevilya” ilə “Dinamo” arasında ilk oyun fevralın 17-də İspaniyada, cavab matçı fevralın 24-də Xorvatiyada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button