Mahir Emreli bu gün İspaniyaya gedir

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən azərbaycanlı hücumçu Mahir Emreli “Sevilya”ya qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün komanda ilə birlikdə İspaniyaya yollanacaq.

Komanda.az xəbər verir ki, “Dinamo” Sevilya şəhərinə bu gün yola düşəcək.

Mahirin “Sevilya” ilə matçda meydana çıxıb-çıxmayacağına baş məşqçi Jelko Kopiç qərar verəcək.

Emreli “Dinamo”da komanda ilə məşqlərə ötən gün qatılıb. Azərbaycan millisinin üzvü Zaqreb klubuna transfer olduqdan sonra Xorvatiya çempionatındakı iki oyunu buraxıb.

Fevralın 17-də keçiriləcək “Sevilya” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button