Azərbaycana deportasiya olunur – “Zalsburq”un üzvü
Avstriyanın “Zalsburq” klubunda çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunacaq.
Komanda.az “sn.at” portalına istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Valter Vindişbauer açıqlama verib.
Klub rəsmisi deyib ki, Səlimovlar ailəsi fevralın 15-də deportasiya ediləcək. O, Hüseyn Səlimovun hazırda ən yaxşı stolüstü tennisçilərdən biri olduğunu bildirib:
“Şənbə günü günortadan sonra altı polis məmuru ailəni Alpenştrassedəki sığınacaqdan götürərək Zalsburq şəhərindəki orqanlara aparıb”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin