“Benfika”nın futbolçusu Super Liqa klubunda

Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubundan Çikinyonu transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Tam adı Fransisko Leonel Lima Silva Maçado olan portuqaliyalı futbolçu bu mövsümün sonuna qədər icarəyə götürülüb.

Çikinyo 2018-ci ildən “Benfika”da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Braqa”, “Moreyrense”, “Akademika”, “Lokomotiva”, “Qondomar” və “Leyksoeş” klublarının da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button