“Möhtəşəm oyuna görə “Mançester Siti”ni təbrik edirəm, amma…” – Poçettino
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Mançester Siti”yə 3:4 hesabı ilə məğlub olsa da, mərhələni keçən “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komandasının göstərdiyi oyuna və növbəti mərhələyə vəsiqə qazandığına görə xoşbəxt olduğunu bildirib:
“Bu, inanılmazdır. Çox xoşbəxtəm. Futbolçularımla qürur duyuram. Onlar meydanda mükəmməl xarakter göstərdilər. Möhtəşəm oyuna görə “Mançester Siti”ni təbrik edirəm, amma düşünürəm ki, biz daha çox mübarizə apardıq”.
47 yaşlı mütəxəssis, rəqibin futbolçusu Rahim Sterlinqin ləğv olunan qolu ilə bağlı da fikirlərini bölüşüb:
“Sterlinqin qolundan sonra beynimdən çox fikir keçdi. Böyük təəssüf hissi yaşayırdıq, amma qərar dəyişdi. Futbolu buna görə sevirik”.
Bizi Facebook-da izləyin