“Roma” onları icarəyə göndərdi
İtaliyanın “Roma” klubu üç futbolçusunu icarəyə göndərib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi sol cinah müdafiəçisi Rikkardo Kalafyorini “Cenoa”ya icarəyə verib.
Borxa Mayoral ilə Qonsalo Vilyar isə İspaniyanın “Xetafe” klubuna icarəyə göndərilib. Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Hər üç futbolçu mövsümün sonuna qədər sözügedən klubların uğurları üçün çalışacaq.
Rikkardo Kalafyori “Roma”nın öz yetirməsidir. 19 yaşlı müdafiəçi indiyə qədər paytaxt klubunun əsas komandasında 18 oyun keçirib, 1 qola imza ayıb.
Qonsalo Vilyar 2020-ci ilin yanvarından “Roma”da çıxış edir. 23 yaşlı ispaniyalı futbolçu bu komandada 64 oyuna çıxıb.
Borxa Mayoral isə 2020-ci ilin yayından İtaliya klubunun uğurları üçün çalışır. 24 yaşlı futbolçu bu komandada 56 oyun keçirib, 18 qol vurub.
Bizi Facebook-da izləyin