“Bu, bizim üçün stimul olacaq” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matdçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda qarşılaşdı. Sadəcə, biri yüksəlişdə, digəri problemi olan kollektivdir. Bu gün qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək istəyiridk. Oyun çox xoşuma gəldi. Futbolçular qələbə qazana bilmədiyi üçün üzgündür. Onları təbrik edirəm. Bu, bizim üçün stimul olacaq.
Emin Mahmudovun penaltini boşa verməsinə gəlincə, çox maraqlı hadisədir. Öz qapıçılarımız da artıq Eminin üslubunu bilirlər. Özünə də demişdik ki, artıq üslubunu dəyiş. Əslində dəyişmişdi. Bu gün niyə elə etdiyini başa düşmədim. Amma buna görə Eminə irad bildirmək düzgün deyil.
Matça ciddi hazırlaşmışdıq. Bezzeranı dəyişməyimiz epizodları dəyərləndirə bilməməsi ilə bağlı deyildi. Bəlkə Ələskərov bu fürsətlərin hər üçünü qola çevirərdi. Amma Bezzera meydanda çox yaxşı işlər görür. Təəssüf ki, yaşı çoxdur.
Qapıçı Kamran İbrahimovun bütün epizodlarda təcrübəsiz olması sezilirdi. Demirəm, “Keşlə” ilə matçda ona görə uduzduq. Amma bu amil rol oynadı. İnanıram ki, oyundan-oyuna inkişaf edəcək. Bu gün ciddi təzyiqlə üzləşməsə də, təcrübəsizliyi nəzərə çarpırdı.
Qış fasiləsinədək olan çıxışımızdan razıyam. Qeyri-sabit çıxış etdik. Yeni futbolçularımız çoxdur. Onlar komandaya uyğunlaşmalıdır. Ötən mövsüm Sabir Buqrin Namik Ələskərovla çox yaxşı anlaşırdı. Bu gün Tiaqo Bezzeranı Ələskərovla eyni tərəziyə qoymaq mümkün deyil. Braziliyalı hücumçu çox yaxşıdır. Amma adaptasiya tam olmadığından çətinliklər üzə çıxır. Vəziyyəti anlayıram. Çətin durumdan çıxmağa çalışırıq”.
Təcrübəli mütəxəssis transfer məsələlərindən də söz açıb: “Mamadu Kane ilə bağlı “Olimpiakos”dan xəbər gözləyirik. Hazırda yerlilərin üzərində durmuşuq. Hər bir yola əl atmağa çalışırıq. İstədiyimiz yerli oyunçular var. Hər şey danışıqlardan asılıdır”.
Bizi Facebook-da izləyin