Avropa Liqasında pley-off mərhələsinin cütləri bilindi
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası (ÇL) qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edib. Avropa Liqası təmsilçiləri səpələnmişlər, Çempionlar Liqasından gələnlər isə səpələnməmişlər səbətində yer alıblar. Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra olacaq.
UEFA Avropa Liqası, Pley-off mərhələsi
Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan)
Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
Leyptsiq (Almaniya) – Real Sosyedad (İspaniya)
Barselona (İspaniya) – Napoli (İtaliya)
Zenit (Rusiya) – Betis (İspaniya)
Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya)
Şerif (Moldova) – Braqa (Portuqaliya)
Portu (Portuqaliya) – Latsio (İtaliya)
Bizi Facebook-da izləyin