“Liverpul”dan 2 rekord
“Liverpul” İngiltərə Premyer Liqasının 14-cü turunda “Everton”u məğlub edib – 4:1.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu qələbə ilə çempionatda 2 rekorda imza atıb.
“Liverpul” Premyer Liqada ardıcıl 18 matçdır ki, azı 2 qol vurur. Sonuncu dəfə “Sanderlend” komandası 1926/1927 mövsümündə ardıcıl 17 oyunda azı iki qol vurmağı bacarıb.
“Liverpul” bundan başqa, ardıcıl 14 səfər oyunudur ki, azı 2 qol vurub. Bundan əvvəl “Preston” komandası 1888/1889 mövsümündə ardıcl 13 oyunda bu göstəriciyə nail olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin