130 milyon!
“Real” cari mövsümün sonunda komandadan ayrılacağı deyilən Qaret Beylin transfer qiymətini müəyyənləşdirib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”, 29 yaşlı vinger üçün 130 milyon avro tələb edir.
Futbolçu ilə “Mançester Yunayted”, “Bavariya” və “Tottenhem”in yaxından maraqlandığı deyilir.
“Real”la 2022-ci ilədək müqaviləsi olan uelsli futbolçu, bu mövsüm iştirak etdiyi 38 oyunda 5 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin