Mahir Emreli ayın ən zəif futbolçusu seçildi

Polşanın “Legiya” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisinin qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu seçilib. Bu barədə “legionisci.com” saytı məlumat yayıb.

“Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli isə -5 xalla ayın ən zəif futbolçusu sırasında yer alıb. Ötən ay qol vura bilməyən 24 yaşlı oyunçunun performansı böyük xəyal qırıqlığı yaşadıb.

Mahirlə yanaşı, Lirim Kastrati də -5 xala layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button