“Alleqriyə vaxt lazımdır” – Nedved

“Yuventus” klubunun vitse-prezidenti Pavel Nedved komandanın uğursuz çıxışı haqda danışıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən klub rəsmisi, komandanın baş məşqçisi Massimiliano Alleqriyə vaxt verməli olduqlarını deyib:

“Alleqriyə vaxt lazımdır. Onun üstünülüyü var. Komandanı yaxşı tanıyır, daha əvvəl də bizimlə çalışıb. Komandanın potensialını yaxşı bilir. Yeni oyunçuları da daha yaxından tanıyacaq.

“Sassuolo” ilə matçda məğlub olsaq da, yaxşı çıxış etdik. “Yuventus”un problemlərindən biri qol vura bilməməsidir. Hücumçularımız zədələnir, komandadan ayrı qalırlar. Əvvəlcə Paulo Dibala, sonra Alvaro Morata, indi də Moyze Kin. Federiko Kyezanı irəli çəkmişik ki, problemi azaldaq. Ondan gözləntilərimiz böyükdür”.

“Yuventus” A Seriyasında 8-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button