Salah Premyer Liqanın tarixinə düşdü

“Liverpul” İngiltərə Premyer Liqasının 9-cu turunda “Mançester Yunayted”i məğlub edib – 5:0.

Komanda.az xəbər verir ki, sözügedən oyunda het-trik edən Salah, turnirdəki qollarının sayını 107-yə çatdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Salah bununla da Premyer Liqanın tarixinə düşüb. Belə ki, misirli hücumçu turnir tarixində ən çox qol vuran afrikalı futbolçu olub.

Daha əvvəl bu rekord “Çelsi”nin sabiq futbolçusu Didye Droqbaya aid idi. Fil Dişi Sahilindən olan keçmiş hücumçu Premyer Liqada 105 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button