“Bizi vaxtından əvvəl Avroliqaya göndərənlər var” – Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk növbədə “Sabah”ı təbrik edirəm. Qələbəyə layiq idilər. Heç-heçə etsəydik, sevinməyəcəkdik. Futbolçular lazım olanı etmədi. Bizi vaxtından əvvəl Avroliqaya göndərənlər var. Komanda sanki bu havadadı. Bütün ictimaiyyətdə də belə hava var. Bu məğlubiyyətin bizə xeyri olar. Udsaydıq, xal fərqini artıra bilərdik. Bu məğlubiyyət bizə dərs oldu.
- Ruslan Qurbanov və Maudo Jarjue nə üçün yox idi?
- Ruslan dünən yaxşı deyildi. Halı pis idi. Ona görə yox idi meydanda. Maudo məşqdə intizamsızlıq etmişdi. Ona görə əvəzedicilərə göndərdim. Bu gün üzr istədi. Onun işinə baxacağıq.
- Maykl Essyen nə üçün start heyətdə deyildi?
- Hələ ki, tam hazır vəziyyətdə deyil. 30 dəqə oynamağa hazır idi.
- Azarkeşlərə qalmaqalla bağlı nə dediz?
- Ümumiyyətlə, oyunun havası ağır idi. Gələndə də maşınlar yolumuzu kəsmişdi. Bu oyunun çətin olacağından xəbər verirdi. Azarkeşlərimiz bizə daim dəstək olur. Ona görə onların arxasında durmalıyıq.
- Əvəzetmələrin nəticəyə hansısa faydası oldumu?
- Essyen və Akpoveta oyuna pis daxil olmadı. Dəyişiklər məğlub olmağımıza səbəb deyildi.
- Oyunu bundan sonra Essyenin üzərində quracaqsız?
- Bizim də oyun tərzimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir. Gələcək oyunlarda Essyenin təcrübəsindən istifadə edəcəyik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin