Messi “Mançester Siti” ilə oyunu buraxa bilər

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Mançester Siti”yə qarşı keçiriləcək oyunu buraxa bilər.

Komanda.az xəbər verir ki, Liqa 1-in 5-ci turunun “Lion”la matçında (2:1) zədələnən argentinalı hücumçu növbəti iki matçı buraxa bilər. Bu barədə “Lequipe” nəşri məlumat yayıb.

PSJ sentyabrın 25-də çempionatda “Monpelye”, sentyabrın 28-də isə Çempionlar Liqasında “Mançester Siti” ilə qarşılaşacaq.

Messi bu mövsüm PSJ ilə 3 oyuna çıxıb və fərqlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button