İspan hücumçudan unikal göstərici

“Atletik” İspaniya La Liqasının 5-ci turunda səfərdə “Atletiko” ilə qolsuz bərabərə qalıb.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmada Bilbao təmsilçisinin ispan hücumçusu İnyaki Uilyams yeni rekorda imza atıb. Belə ki, 27 yaşlı futbolçu “Atletiko”ya qarşı oyunda da iştirak edərək, “Atletik”lə ardıcıl 200-cü matçına çıxıb.

Uilyams bir komanda ilə ardıcıl 200 oyuna çıxan ilk futbolçu olub.

İnyaki 2015-ci ildən “Atletik”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button