“Sabah”dan ayrılan futbolçu “Zirə”də – rəsmi

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sabah”dan ayrılan Coşqun Diniyevlə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi daha əvvəl “İnter” (“Keşlə”) “Qarabağ” və “Sabah”da çıxış edib. Azərbaycan millisinin üzvü olan Diniyev yığmada 8 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button