Erməni idmançı Tokio-2020-dən kənarlaşdırıldı
Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyan Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, erməni idmançının iyulun 31-də verdiyi dopinq-testin nəticəsi müsbət olub. Bu barədə Beynəlxalq Dopinq-Test Agentliyinin (İTA) mətbuat xidməti məlumat yayıb. Onun orqanizmində dehidroxlormetil-testosteron, metandienon və tamoksifen tapılıb.
36 yaşlı idmançı bu gün mübarizəyə başlamalı idi. Lakin o, dopinq-testinin şübhəli çıxması səbəbindən yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Erməni idmançı B testinin də açıqlamasını tələb etmək hüququna malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin