Tokio-2020: Azərbaycanın iki güləşçisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
Komanda.az xəbər verir ki, onlar atıcı Ruslan Lunyov, yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olacaq.
Kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Lunyov birinci təsnifat mərhələsində 281 xalla 27 idmançı arasında 24-ci yeri tutub. Bu gün ikinci təsnifat mərhələsi və final keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.
Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edəcəklər. Hüseynov 1/8 finalda isveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə qarşılaşacaq. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) – Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Manolova isə 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) – Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.
Tokio-2020
2 avqust
Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma
03:30. 2-ci təsnifat mərhələsi. Ruslan Lunyov
Yunan-Roma güləşi, 77 kq
06:30. 1/8 final. Rafiq Hüseynov – Aleks Kessidis (İsveç)
Qadın güləşi, 68 kq
06:30. Elis Manolova – Blessinq Oborududu (Nigeriya).
Bizi Facebook-da izləyin