“Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik” – Azərbaycan boksçusu
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarının 1/8 final mərhələsində Ermənistan təmsilçisi Ovanes Baçkovla döyüşən Azərbaycan boksçusu Cavid Çələbiyev açıqlama verib.
Komanda.az xəbər verir ki, rəqibinə məğlub olan 29 yaşlı idmançı, əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib:
“Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu. Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir”.
Cavid Çələbiyev 1/8 finalda Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin