Tokio-2020: Azərbaycanlı idmançı Ermənistan təmsilçisinə uduzdu
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.
63 kq çəkidə mübarizə aparan dünya çempionu “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və yarışda çıxışını dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin