“Neftçi” ilə oyunlarda hər kəs əlindən gələni etdi” – Pedro Martins

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martinsin Çempionlar Liqasının 2-ci mərhələsinin “Neftçi” ilə cavab matçından sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Martins, jurnalistlərin suallarını cavablandırıb:

  • İtkilərə baxmayaraq, qələbə qazana bildiz. Taktiki dəyişikliklərdən başqa hansı addımlar atılmışdı ki, müsbət nəticə əldə edə bildiz?
  • Hər kəs əlindən gələni etdi. Bəzi futbolçuların belə turnirdə təcrübəsi az idi. Onlar yeni təcrübə qazandılar. Bundan əlavə, artıq komanda ilə üç ildir birlikdəyik. Çətin zamanlarda birlikdə çalışmışıq. Və bu birlik lazım olan nəticəni gətirdi.
  • Bir növ komanda hazırlıq dövrü keçir. Bu matçda hansı müsbət nüansları gördüz?
  • Təcrübəli və keyfiyyətli komandaya qarşı oynadıq. Belə komandaya qarşı oynamaq hazırlıq və təcrübə baxımından əla imkan verdi. Oyundan razı qaldım. Bacardığımızı edərək, qələbə qazana bildik.
  • “Neftçi” sizi nə ilə təəccübləndirdi və hansı futbolçuları fərqləndirərdiz?
  • “Neftçi” keyfiyyətli komandadır. Kapitan Emin Mahmudovu fərqləndirərdim. Həmçinin, Yusuf Laval da hücumda bizə çətin anlar yaşatdı. “Neftçi” hər iki oyunda bizə çətinlik yaratdı. Harramiz və Mamadu Kane də yüksək keyfiyyətli futbolçulardandır. Onların bacarıqları bizə məlumdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button