Tokio-2020 ilə vidalaşan Azərbaycan təmsilçiləri SİYAHI
Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançısından artıq bəziləri mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, iyulun 24-dən mübarizəyə qoşulan 19 idmançıdan 16-sı çıxışını başa vurub.
Mübarizəyə qoşulan üç idmançının isə medal qazanmaq şansı var. Boksçular Cavid Çələbiyev (63 kq) və Məhəmməd Abdullayev (91 kq) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə 10 metr məsafəyə atəşdə uğursuz çıxış etsə də, onun avqustun 1-də 25 metr məsafə yarışında medal qazanmaq şansı var.
Tokio-2020 ilə vidalaşan Azərbaycan təmsilçiləri
- Kəramət Hüseynov (cüdo) – 1/8 finalda uduzub
- Aişə Qurbanlı (cüdo) – 1/16 finalda uduzub
- Elçin Əsədov (şosse velosipedi) – finişə çata bilməyib
- Maksim Şemberev (üzgüçülük) – 26-cı yer
- Məryəm Şeyxəlizadəxangah (üzgüçülük) – 30-cu yer
- Tayfur Əliyev (boks) – 1/16 finalda uduzub
- Lorenzo Sotomayor (boks) – 1/16 finalda uduzub
- İvan Tixonov (idman gimnastikası) – 45-ci yer
- Marina Nekrasova (idman gimnastikası) – 70-ci yer
- Orxan Səfərov (cüdo) – 1/16 finalda uduzub
- Emin Cəfərov (stend atıcılığı) –26-cı yer
- Anna Basta (qılıncoynatma) – 1/8 finalda uduzub
- Fəridə Əzizova (taekvondo) – 1/8 finalda uduzub
- Milad Hərçəqani (taekvondo) – 1/4 finalda uduzub
- Rostislav Pevtsov (triatlon) – 41-ci yer
- Rüstəm Orucov (cüdo) – 5-ci yer
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin