Tokio-2020: Azərbaycan gimnastı finala çıxa bilmədi
Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı idmançı fərdi çoxnövçülükdə qüvvəsini sınayıb.
O, dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal yığıb. İkinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyən Tixonov yerə yıxılıb və xalsız qalıb.
Paralel qollarda hakimlərdən 12.766 xal alan atlet turnikdə hərəkətlərdə isə 13.133 xal toplayıb. Tixonov xalçada sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366 xal yığıb.
Son olaraq, halqalarda 14.200 xal alan gimnast ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.
O, xalçada sərbəst hərəkətlərdə 53-cü, dəstəli at üzərində hərəkətlərdə 38-ci, halqalarda 20-ci, paralel qollarda 62-ci, turnikdə hərəkətlərdə isə 41-ci yeri tutub.
Tixonov fərdi çoxnövçülükdə “24-lüy”ə, fərdi hərəkətlərdə isə “8-liy”ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.
Bizi Facebook-da izləyin