Tokio-2020: Azərbaycanlı boksçu 1/8 finala yüksəldi

Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (+91 kq) Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb. Abdullayev “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın 1/16 final çərçivəsində Denis Latıpovla (Bəhreyn) döyüşüb. Gərgin keçən döyüşdə həmyerlimiz 3:1 (29:28, 30:27, 29:28, 28:29, 28:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda özbəkistanlı Bahodir Calolovla üz-üzə gələcək. Döyüş iyulun 29-da, Bakı vaxtı ilə saat 07:03-də başlayacaq.

Daha əvvəl Azərbaycan yığmasının iki boksçusu, Lorenzo Sotomayor və Tayfur Əliyev yarışdakı ilk qarşılaşmalarında məğlub olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button