“Olimpiakos”un baş məşqçisi Bakıda yox, Yunanıstanda mətbuat konfransı keçirəcək
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 28-də saat 21:00-da Bakıda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi Azərbaycan komandasının baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Komanda.az xəbər verir ki, tədbir iyulun 27-də saat 20:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Hər iki tədbir “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
“Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək. Bakı vaxtı ilə saat 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə “Georgios Karaiskakis” stadionunda “Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq. Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün “Zoom” proqramının linki paylaşılacaq.
Bizi Facebook-da izləyin