“Atletiko” baş məşqçisi ilə yeni müqavilə bağladı
İspaniyanın “Atletiko” klubu baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Simeone 2011-ci ildən Madrid təmsilçisinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin