Reşford əməliyyat oluna bilər
İngiltərə milli komandasının və “Mançester Yunayted”in futbolçusu Markus Reşford AÇ-2020-dən sonra əməliyyat oluna bilər.
Komanda.az xəbər verir ki, bu barədə ingilis hücumçu “Sky Sports” telekanalına açıqlamasında deyib. O, bir neçə həftə sonra qərarını verəcəyini bildirib:
“Çiynimdə olan problemə görə əməliyyat oluna bilərəm. Buna ehtiyacımın olub-olmadığını dəqiq bilmirəm. Qərar vermək üçün bir neçə həftə vaxtım var”.
Reşford əməliyyat olunacağı halda, Premyer Liqada yeni mövsümün startını buraxa bilər.
İngiltərə milli komandası AÇ-2020-nin 1/8 finalına vəsiqə qazanıb və bu mərhələdə Almaniya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin