Elxan Məmmədov: “Azərbaycanlı fanatlar Türkiyə yığmasını dəstəkləyəcəklər”
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Məmmədov, Bakıda keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib:
“Futbol bayramı yaşayacağıq. AÇ-2020-ni səbirsizliklə gözləyirdik. Azərbaycan hökuməti oyunlara stadionun tutumunun 50 faizi qədər azarkeşin buraxılmasına razılıq verdi. Bu, sevindirici haldır. Ev sahibliyi edəcək 11 şəhərdə fərqli qərarlar qəbul edilib. Bizdə 50 faiz azarkeşin buraxılması vəziyyətin yaxşı olduğunu göstərir.
Türkiyə millisinin ilk oyununa 20 min bilet satılıb. Hər qarşılaşma üçün 32 min bilet satılacaq. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik.
Azərbaycanlı fanatlar Türkiyə yığmasını dəstəkləyəcək. Türk azarkeşlərin də Bakıya gəlməsi rahatdır. Uels və İsveçrədən gələnlər ya xüsusi reyslərlə, ya da tranzit reyslə gəlməlidir. Türkiyəli azarkeşlər isə 2,5-3 saatlıq uçuşla Bakıya gələ bilərlər”.
AÇ-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin