“Atletiko” Simeone ilə razılaşdı

İspaniyanın “Atletiko” klubunda baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə danışıqları yekunlaşıb.

Komanda.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Bu barədə AS nəşri məlumat yayıb. “Atletiko” yaxın zamanda Simeone ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayacaq.

2012-ci ildən “Atletiko”nu çalışdıran argentinalı mütəxəssisin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.

“Atletiko” La Liqada son mövsümün qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button