Kuman “Barselona”dan göndərilsə, alacağı təzminatın məbləği bilindi
İspaniyanın “Barselona” klubu baş məşqçi Ronald Kumanla müqaviləyə xitam versə, ona təzminat ödəməli olacaq.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssisin sözləşməsini vaxtından əvvəl ləğv etsə, ona 13 milyon avro ödəməli olacaq. Bu barədə “sport.es” saytı məlumat yayıb.
Bundan başqa, Kuman klubu erkən tərk etsə, Niderland Futbol Federasiyasına 5 milyon avro ödənilməlidir. Bu məbləğin “Barselona”, yoxsa Kuman tərəfindən ödənilməli olduğu məlum deyil.
Kuman 2020-ci ilin avqustunda Niderland millisinin baş məşqçi postundan ayrılaraq, “Barselona”ya keçib. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin