Avropa Liqasını “Vilyarreal” qazandı
Bu gün Avropa Liqasında 2020/21 mövsümünün final matçı keçirilib.
Komanda.az xəbər verir ki, həlledici oyunda İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəliblər. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda qapılara qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İspaniya təmsilçisi Avroliqanın qalibi olub.
Avropa Liqası, final
26 may
Vilyarreal (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1 (penaltilər 11:10)
Qol: J.Moreno, 29 – E.Kavani, 55.
Baş hakim: Kleman Türpen (Fransa)
Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol, Pau Torres, Xuan Foyt, Daniel Parexo, Manu Triqeros, Etyen Kapu, Eremi Pino, Alfonso Pedrasa, Jerar Moreno, Karlos Bakka.
Mançester Yunayted: David De Xea, Viktor Lindelöf, Erik Bayi, Aaron Van-Bissaka, Lyuk Şou, Skott Maktominey, Pol Poqba, Bruno Fernandes, Markus Reşford, Meyson Qrinvud, Edinson Kavani.
Bizi Facebook-da izləyin