“Real” və “Barselona”nın böyük fanatıyam” – Reşford
“Mançester Yunayted”in futbolçusu Markus Reşford açıqlama verib.
Komanda.az xəbər verir ki, “The Guardian”a danışan ingilis hücumçu, İspaniyanın “Real” və “Barselona” klublarının azarkeşi olduğunu deyib:
“Mançester Yunayted”dən ayrılmaq? Heç vaxt deməzdim ki, bu ola bilməz. “Real” və “Barselona”nın böyük fanatıyam. Çünki orda hər zaman böyük oyunçular olur və komandalar cəlbedici futbol oynayırlar”.
“Mançester Yunayted”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Reşford bu mövsüm 56 oyunda 21 qol vurub, 15 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin