Simeone ilə bağlı qərar verildi
İspaniyanın “Atletiko” klubunda baş məşqçi Dieqo Simeonenin taleyi məlum olub.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı mütəxəssislə müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə ESPN məlumat yayıb. Xəbərdə, artıq tərəflər arasında danışıqların başladığı bildirilib.
2011-ci ildən “Atletiko”nu çalışdıran Simeonenin klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onun rəhbərlik etdiyi komanda bu gün La Liqanın qalibi olub.
Xatırladaq ki, Simeone 2013/14 mövsümündə də “Atletiko”nu İspaniya çempionu etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin