“Atletiko” ilə razılaşmışdım, “Real” buraxmadı”
İngiltərənin “Everton” klubunda çıxış edən Xames Rodriqes açıqlama verib.
Komanda.az xəbər verir ki, ESPN-ə danışan kolumbiyalı yarımmüdafiəçi, “Real”da olarkən Madridin digər komandası “Atletiko” ilə razılaşdığını, lakin transferin baş tutmadığını bildirib:
“Atletiko” ilə razılaşmışdım, “Real” buraxmadı. Transferdə demək olar ki, hər şey tamamlanmışdı. Lakin “Real” məni buraxmadı. Nə üçün belə etdiklərini bilmirəm. Bunu Florentino Peresdən (“Real”ın prezidenti) soruşsaz, daha yaxşı olar”.
“Everton” ötən ilin yanvarında Xamesi azad agent kimi heyətinə qatıb. 29 yaşlı futbolçu 2014-2019-cu illər aralığında “Real”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin