Qvardiola ən yaxşı seçildi

Futbol üzrə İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ötən ayın ən yaxşısı elan olunub.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

“Şəhərlilər”in baş məşqçisi yanvar ayında “Mançester Siti” ilə ardıcıl altı qələbəyə sevinib.

Xatırladaq ki, Premyer Liqada yanvarın ən yaxşı futbolçusu da “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button