PSJ-dən ayrılan futbolçu La Liqa klubuyla danışıq aparır
Bir müddət əvvəl PSJ ilə yollarını ayıran Xese Rodriqes karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı hücumçunun La Liqa təmsilçisi “Valensiya” ilə danışıq apardığı bildirilib.
Xese, daha əvvəl İspaniyada “Real” və “Betis”in formasını geyinib. 2016-cı ildən PSJ-də çıxış edən hücumçunun müqaviləsinə dekabrın 6-da xitam verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin