“Futbolçuların sistemdən razı olmadıqları ilə bağlı xəbərlər yalandır” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kuman, futbolçularla arasında problem olmadığını bildirib:

“Müdafiədə oyunumuzu yaxşılaşdırmalıyıq. La Liqada ən çox qol fürsəti yaradan komandayıq. Çətin dövrdən keçirik. Futbolçuların istəkli olduğunu, inkişaf etmək istədiklərini görürəm. Onların mənə inandığını hiss edirəm. Futbolçuların sistemdən razı olmadıqları ilə bağlı xəbərlər yalandır. Onlarla hansısa problemim yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button