
“Mançester Yunayted” hücumçusunu itirdi
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda PSJ-yə 1:3 hesabı ilə məğlub olan “Mançester Yunayted” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Markus Reşford sıradan çıxıb. Oyuna start heyətində başlayan 23 yaşlı hücumçu 74-cü dəqiqədə zədələnib və meydanı erkən tərk edib.
Oyundan sonra futbolçunun vəziyyəti ilə bağlı açıqlama verən komandanın baş məşqçisi Ole-Qunnar Sulşer, Reşfordun çiynindən zədə aldığını təsdiqləyib. Futbolçunun son vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin