Lloris Anriyə yaxınlaşdı
Fransa milli komandası UEFA Millətlər Liqasının 3-cü turunda Portuqaliya ilə qarşılaşıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 0:0 hesabıyla bitən görüş fransızların qapıçısı Uqo Lloriç üçün əlamətdar olub. Belə ki, 33 yaşlı futbolçu yığmada 117-ci oyununa çıxıb və Fransa millisində ən çox oyun keçirən 3-cü futbolçu olub.
Fransa yığmasında ən çox oyun keçirən Lilian Türamdır. O, millidə 142 matça çıxıb. İkinci sırada isə 123 oyunla Tyerri Anridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin