9 ildən sonra yenə finalda

“Neftçi” və “Qəbələ” 9 ildən sonra Azərbaycan kubokunun finalında üz-üzə gələcəklər.

Komanda.az xəbər verir ki, bu, sayca 31-ci ölkə kubokuna təsadüf edəcək.

İyunun 3-də baş tutacaq oyun bu komandalar arasında ümumilikdə ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013/2014 mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.

Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.

“Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button