
“Liverpul” İtaliya millisinin üzvünə göz dikib
“Kalyari”nin müdafiəçisi Marko Palestra Avropanın top-klublarının marağını cəlb etməyə davam edir.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Liverpul” 21 yaşlı futbolçunu uzunmüddətli seçim kimi görür və qarşıdakı mövsümdə onu transfer etməyi ciddi şəkildə nəzərdən keçirir.
İtaliyalı futbolçunun hüquqlarına sahib “Atalanta” onun satışından təxminən 45 milyon avro qazanmağı gözləyir.
Palestra bu mövsüm A Seriyasında 30 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. O, ötən ay İtaliya millisində debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



