
Ançelotti: “Vinisius tipik braziliyalıdır”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti, “Real”ın hücumçusu Vinisius Junior haqqında yüksək fikirlər səsləndirib və onun 2026-cı il dünya çempionatında uğurlu çıxış edəcəyinə inandığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Vinisiusun vacib oyunlarda heç vaxt zəif təsir bağışlamadığını vurğulayıb:
“Vinisius heç vaxt mühüm matçlarda uğursuz olmayıb. Mən onun pis oynadığı bir yarımfinal və ya 1/4 final matçı xatırlamıram. Bəlkə, “Valensiya” ilə oyunda əsəbiləşərək konsentrasiyasını itirmişdi, amma böyük oyunlarda belə hallara yol vermir. Əminəm ki, millinin heyətində olsa, dünya çempionatında əla çıxış edəcək”.
Ançelotti, həmçinin, futbolçunun xarakterindən də söz açıb:
“Vinisius tipik braziliyalıdır. Braziliyalılar həyatsevər və təvazökar insanlardır. Mən nə Braziliya Futbol Konfederasiyası daxilində, nə də ümumiyyətlə, braziliyalılar arasında təkəbbürlü insan görmüşəm. O, sadə, pozitiv və son dərəcə istedadlı futbolçudur”.
Vinisius hazırda həm “Real”ın, həm də Braziliya millisinin əsas oyunçularından biri hesab olunur.
Bizi Facebook-da izləyin



