3 dəfə xərçəng əməliyyatı keçirib – Məşhur futbolçu

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer dəri xərçəngindən üç dəfə əməliyyat olunduğunu etiraf edib.

Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, almaniyalı futbolçu üzündə dəri xərçəngi olduğunu bildirib:

“Mənim dəri xəstəliyi ilə bağlı şəxsi tarixçəm var. Üzümdə dəri xərçəngi var idi. Bu səbəbdən, üç əməliyyat keçirməli oldum. İndi günəşdən qorunmağa daha çox diqqət yetirirəm. Çünki mən həmişə açıq havada məşq edirəm və boş vaxtımı təbiətdə keçirməyi xoşlayıram”.

Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Futbolçu “Şalke”nin yetirməsidir. O, 2009-cu ildən Almaniya millisinə çağırılır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button