204 gün sonra oyuna çıxdı, fitə basıldı

Madrid “Real”ının hücumçusu Eden Hazard uzun fasilədən sonra meydana çıxıb.

Komanda.az xəbər verir ki, o, İspaniya La Liqasının 27-ci turunun “Valyadolid”lə matçının 65-ci dəqiqəsində Kərim Benzemanın əvəzində meydana buraxılıb.

Beləcə, uzun müddət idi zədədən əziyyət çəkən Belçika yığmasının sabiq üzvü 204 gün sonra yaşıl meydanlara qayıdıb. O, bundan əvvəlki son rəsmi matçına 2022-ci ilin sentyabrında çıxmışdı.

“Real”ın azarkeşləri bu mövsüm cəmi 7 oyuna çıxan və 296 dəqiqə meydanda olan Hazardı bu matçda fitə basıblar. Buna baxmayaraq, o, komandasının 90+2-ci dəqiqədə vurduğu 6-cı qolda məhsuldar ötürmə müəllifi olub. Lukas Vaskesin adını tabloya yazdırmasına şərait yaradan Hazard bu mövsüm 2-ci assistini edib. Onun hesabında 1 qol da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button