Mustafa Dənizli Türkiyə klubu ilə razılaşdı – rəsmi

2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdıran Mustafa Dənizlinin yeni ünvanı bəlli olub.

Komanda.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Türkiyənin “Altay” komandasının yeni baş məşqçisi olub. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dənizli “Altay”la bu gün rəsmi müqavilə imzalayacaq.

“Altay” Türkiyə 1-ci liqasında 32 turdan sonra 5-ci sıradadır.

2013/14 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçilik edən Dənizli, son olaraq Cənubi Azərbaycanın “Traktor” komandasını çalışdırıb.